Az | EN

Ötən həftə ən çox investisiya alan startaplar

Nail Valiyev
24 İyul 2023 13:39
2920 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

Hightouch - Şirkətlərə müştəri məlumatlarını fərqli verilənlər bazası və sistemləri arasında sinxronlaşdırmağa kömək edən Hightouch startapı $38 mln yatırım alıb.

Karat Financial - Yaradıcılar üçün uyğunlaşdırılmış kredit kartı təqdim edən və onlara bizneslərini inkişaf etdirməyə və idarə etməyə imkan verən startap $40 mln investisiya əldə edib. 

Preply - Massachusetts mərkəzli dil öyrənmə platforması Preply Horizon Capital-ın rəhbərlik etdiyi raundda C seriyasını bağlayaraq  $42 mln investisiya alıb.

Renibus Therapeutics - $47 mln investisiya alan, Texasda yerləşən Renibus Therapeutics ürək-böyrək xəstəliklərinin qarşısının alınması və müalicəsinə diqqət yetirən biofarmasötik şirkət olaraq  fəaliyyət göstərir.

Hammerspace - Məlumatların təşkili platforması Hammerspace bu həftə Prosperity7 Ventures-in rəhbərlik etdiyi 56,7 milyon dollarlıq raundunu bağlayıb. Startap $57 mln investisiya əldə edib.  

K Health - Mobil proqramı fərdiləşdirilmiş ilkin tibbi yardım göstərmək üçün süni intellektdən istifadə edən Nyu-Yorkda yerləşən K Health Valor Equity Partners, Primary Ventures və digər şirkətlərdən $59 mln yatırım alıb.

o9 Solutions - $116 mln investisiya əldə edən startap şirkətlərə planlaşdırma və əməliyyatlarda kömək edən bulud əsaslı həllər təklif edir.

Smile Doctors - Alabama ştatında yerləşən Smile Doctors stomatoloji ofislər şəbəkəsinə əməliyyatlarını mərkəzləşdirməyə imkan verən startap $550 mln investisiya əldə edib.

© copyright 2022 | tech.az | info@tech.az