Az | EN

Ötən həftə ən çox investisiya alan startaplar

Nail Valiyev
03 İyul 2023 11:23
4086 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

K36 Therapeutics - Massachusetts-də yerləşən biotexnoloji K36 Therapeutics Nextech Invest-in rəhbərlik etdiyi B seriyasında $70 mln yatırım alıb.

Fly.io - vebsayt sahiblərinə müştəriləri ilə əlaqə qurmağa kömək etmək üçün Tətbiq Çatdırılma Şəbəkəsini (ADN) təklif edən startap $70 mln investisiya əldə edib. 

Augmedics - $83 mln investisiya alan, mərkəzi Çikaqoda yerləşən  Augmedics cərrahiyyə nəticələrini yaxşılaşdırmaq üçün artırılmış reallıq texnologiyaları kimi xidmətlər göstərir. 

Typeface - Süni intellekt platforması olan startap məhsul çəkilişləri, blog yazıları, sosial media reklamları və brend spesifikasiyalarına cavab verən iş yazıları kimi müəssisə məzmununun yaradılmasına kömək edir. Startap $100 mln investisiya əldə edib. 

Cyera - Şirkətlərə məlumatlarının təhlükəsizliyini təmin etmək üçün platforma hazırlayan Cyera $100 mln investisiya əldə edib.

Author Health - Bostonda yerləşən səhiyyə platforması ciddi psixi sağlamlıq pozğunluğu olan Medicare Advantage alıcılarına müalicə təqdim edən startap $115 mln yatırım alıb.

Runway - $141 mln investisiya əldə edən startap istifadəçilərə süni intellektlə videoları müxtəlif üslublara, məsələn, gil və ya akvarellərə çevirməyə imkan verir. 

Inflection AI - Şəxsi süni intellekt çatbotlarını inkişaf etdirən süni intellekt startapı $1.3 mlrd investisiya əldə edib.

© copyright 2022 | tech.az | info@tech.az