Az | EN

ChatGPT üçün Avropa Birliyi xüsusi işçi qrupu yaradıb

Nail Valiyev
14 Aprel 2023 15:17
435 baxış
ChatGPT üçün Avropa Birliyi xüsusi işçi qrupu yaradıb

Avropa İttifaqının rəsmiləri süni intellekt çatbotu ChatGPT ilə bağlı fəaliyyətlər üçün yeni bölmənin yaradılacağını açıqlayıb.

Avropa Məlumatlarının Mühafizəsi Şurası, məlumatların mühafizəsini gücləndirmək və mümkün icra tədbirləri üçün xüsusi işçi qrupu yaratmaq qərarına gəlib. Agentlik keçən ay ChatGPT süni intellekt çatbotunda şəxsi məlumatların toplanması qaydalarının pozulması şübhəsi ilə bağlı araşdırma başladıb və proqrama girişi dayandırıb.

Həmçinin qeyd olunur ki, Almaniya hökuməti məlumatların təhlükəsizliyi ilə bağlı lazım gələrsə, ChatGPT-ni bloklaya biləcəklərini bildirib.

© copyright 2022 | tech.az | info@tech.az