Az | EN

Çin ABŞ-ni 13 milyard dollardlıq bitkoin oğurluğunda ittiham edib

Nigar Sultanli
14 Noyabr 2025 13:37
64 baxış
Çin ABŞ-ni 13 milyard dollardlıq bitkoin oğurluğunda ittiham edib

Çinin Kompüter Viruslarına Qarşı Mübarizə Milli Mərkəzi (CVERC) ABŞ-ni 13 milyard dollarlıq bitkoin oğurluğu ilə bağlı ittiham edib. Məlumat “Bloomberg” agentliyi tərəfindən CVERC-in hesabatına istinadən yayımlanıb.

İttihama görə, söhbət 2020-ci ildə Çinin “LuBian” mayninq-pulu üzərində aparılan kiberhücummardan gedir. Hakerlər təxminən 127,3 min bitkoin ələ keçiriblər ki, bu da tarixdəki ən böyük kriptovalyuta oğurluğu kimi qeydə alınıb. CVERC bildirir ki, bu əməliyyat ABŞ tərəfindən idarə olunan dövlət səviyyəli haker hücumu olub.

Hesabatda oğurlanmış bitkoinlərin “gizli və yavaş hərəkəti” xüsusi qeyd olunur ki, bu da tipik kriptooğru davranışına uyğun deyil.

CVERC həmçinin oğurlanmış bitkoinlərin Kamboca əsilli iş adamı Çen Cjidən ABŞ tərəfindən müsadirə edilmiş tokenlərlə əlaqəsini ortaya qoyub. ABŞ ötən ay onu fırıldaqçılıq və vəsaitlərin yuyulmasında ittiham etmişdi. “Prince Holding Group”dan təxminən 127,3 min bitkoin müsadirə olunub.

CVERC vurğulayır ki, ABŞ hakimiyyəti bu tokenlər üzərində nə vaxt və necə nəzarət əldə etdiyini açıqlamayıb. Hesabatda qeyd olunur ki, “2020-ci ildə ABŞ hökuməti Çen Cjinin saxladığı 127 min bitkoini ələ keçirmək üçün haker üsullarından istifadə etmiş ola bilər. Bu klassik dövlət səviyyəli haker əməliyyatıdır.”

Son aylarda Çin ABŞ-ni kiberhücumlarla daha sıx əlaqələndirir. Oktyabr ayında Pekin ABŞ xüsusi xidmət orqanlarını Çin Milli Vaxt Xidmətinə hücumda da günahlandırmışdı.

© copyright 2022 | tech.az | info@tech.az