Az | EN

Mira Muratinin startapı 50 milyard dollarlıq investisiya raundu üçün danışıqlara başlayıb

Nigar Sultanli
14 Noyabr 2025 11:48
56 baxış
Mira Muratinin startapı 50 milyard dollarlıq investisiya raundu üçün danışıqlara başlayıb

Mira Muratinin təsis etdiyi süni intellekt startapı "Thinking Machines Lab" yeni investisiya raundu üçün ilkin danışıqlara başlayıb. Bloomberg News agentliyinin məlumatına görə, startap bu raundda təxminən 50 milyard dollarlıq dəyərləndirmə əldə etməyi hədəfləyir.

Bəzi mənbələr bu dəyərləndirmənin 55 milyard və ya 60 milyard dollara yaxınlaşa biləcəyini də bildirib. Müqayisə üçün qeyd edək ki, startap hələ iyul ayında 2 milyard dollara yaxın vəsait cəlb etdikdən sonra 12 milyard dollar dəyərində qiymətləndirilmişdi.

Məqalədə razılaşma şərtlərinin hələ yekunlaşmadığı və dəyişə biləcəyi də əlavə olunub.

Bu xəbər, keçən ay Wall Street Journal-ın Thinking Machines-in həmtəsisçisi Endryu Talloçun (Andrew Tulloch) Meta Platforms şirkətinə qoşulmaq üçün startapı tərk etməsi barədə məlumat yaymasından sonra gəlib. Startap oktyabr ayında dil modellərinin incə tənzimlənməsinə (fine-tune) kömək edən "Tinker" adlı ilk məhsulunu təqdim etmişdi.

© copyright 2022 | tech.az | info@tech.az