Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi 1 yanvar 2027-ci ildən etibarən ölkədə gizli (çıxan) qapı tutacaqları olan avtomobillərin istifadəsinin qadağan ediləcəyini açıqlayıb.
Nazirlik bu konstruksiyanın təhlükəsiz olmadığını bildirib. Qeyd olunur ki, yol-nəqliyyat hadisələri zamanı gizli qapı tutacaqları tez-tez bloklanır və bu, avtomobilin açılmasını, eləcə də zərərçəkənlərə vaxtında yardım göstərilməsini çətinləşdirir.
Yeni tələblərə əsasən, qapı tutacaqları elektron sistemlərdən asılı olmadan mexaniki şəkildə açılma imkanına malik olmalıdır. Bu tələb yalnız baqaj qapısına şamil edilmir.
Bundan əlavə, həm daxili, həm də xarici qapı tutacaqları aydın görünməli, salon qapıları isə başa düşülən işarələmə ilə təchiz olunmalıdır. Artıq Çində satış üçün təsdiqlənmiş və gizli tutacaqlara malik avtomobillər üçün keçid müddəti 1 yanvar 2028-ci ilədək uzadılıb.
