Az | EN

Pavel Durov Parisdə Xı-ın ofisində aparılan axtarışlara münasibət bildirib

Cəmil Hüseynzadə
03 Fevral 2026 18:46
51 baxış
Pavel Durov Parisdə Xı-ın ofisində aparılan axtarışlara münasibət bildirib

Telegram-ın qurucusu Pavel Durov Parisdə X (keçmiş Twitter) şirkətinin ofisində aparılan axtarışlarla bağlı açıqlama verib.

Onun sözlərinə görə, Fransa hazırda sosial şəbəkələrə qarşı cinayət təqibi aparan dünyada yeganə ölkədir.

“Hazırda Fransa polisi Parisdə X-in ofisində axtarış aparır. Fransa insanlara müəyyən dərəcədə azadlıq verən bütün sosial şəbəkələri (Telegram, X, TikTok və s.) cinayət təqibinə məruz qoyan dünyada yeganə ölkədir. Aldanmayın: bu, azad ölkə deyil”, – deyə Pavel Durov bildirib.

Qeyd edək ki, Paris prokurorluğu X sosial şəbəkəsinin ofisində axtarışlar aparıldığını təsdiqləyib. İstintaq platformanın alqoritmik fəaliyyətinin araşdırılması ilə əlaqədardır.

Xatırladaq ki, Fransa hakimiyyəti daha əvvəl də müxtəlif sosial şəbəkə və messencerlərə qarşı tədbirlər görüb. Pavel Durovun özü isə 2024-cü ilin avqustunda Paris hava limanında Telegram-ın fəaliyyəti ilə bağlı ittihamlar əsasında saxlanılmışdı.

Durov daha əvvəl Telegram-ın qanun pozuntuları ilə mübarizə apardığını vurğulayaraq messencerin “cinayətkarlar üçün platforma olmadığını” və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini də qeyd etmişdi.

© copyright 2022 | tech.az | info@tech.az