Az | EN

Çində 18 yaşdan kiçik internet istifadəçilərinə yeni məhdudiyyətlər qoyulub

Nail Valiyev
03 Avqust 2023 14:34
163 baxış
Çində 18 yaşdan kiçik internet istifadəçilərinə yeni məhdudiyyətlər qoyulub

Çin hökuməti 18 yaşdan kiçik istifadəçilərin internetə çıxışını məhdudlaşdıran yeni siyasət tətbiq edəcəyini açıqlayıb.

Yaşı 8-dən aşağı olan uşaqlar yalnız 40 dəqiqə, 8-15 yaşlılar 1 saat, 16-17 yaşlılar isə 2 saat internetə daxil ola biləcəklər. Azyaşlılar səhər saat 10-dan səhər 6-ya kimi internetə qoşula bilməyəcək. Bu tənzimləmənin böyük texnologiya şirkətlərinə, xüsusən də Tencent və ByteDance-ə təsir edəcəyi gözlənilir. Lakin bu yeni siyasətin necə həyata keçiriləcəyi hələ də bəlli deyil.

Bu məhdudiyyətlər internet asılılığını azaltmaq məqsədi daşısa da, bəzi ekspertlər uşaqların daha da asılı ola biləcəyini iddia edirlər.

© copyright 2022 | tech.az | info@tech.az