Microsoft Çinli xaker qrupunun Avropa və ABŞ hökumətinin elektron poçtlarına sızdığını açıqlayıb.
“Microsoft”un dərc etdiyi hesabata görə Çinin “Storm-0558” qrupu e-poçt sistemlərinə giriş əldə etmək üçün autentifikasiya tokenləri yaradaraq hücum həyata keçirib. Microsoft rəsmiləri qeyri-normal poçt fəaliyyəti barədə məlumat aldıqdan sonra qrupun fəaliyyətindən xəbərdar olublar. Hesabatda xaker qrupunun mayın ortalarında e-poçt məlumatlarına daxil olduğu və bir ay ərzində bu hesabları səssizcə izlədikləri qeyd olunub.
Microsoft problemi həll etmək üçün Daxili İşlər və Təhlükəsizlik Departamentinin kibermüdafiə agentliyi ilə əməkdaşlıq edib və qrupla bağlı araşdırmaları davam etdirəcəklərini bildirib.