Az | EN

Claude Mythos macOS-da təhlükəsizlik boşluğu tapdı

Cəmil Hüseynzadə
15 May 2026 16:31
61 baxış
Claude Mythos macOS-da təhlükəsizlik boşluğu tapdı

Kibertəhlükəsizlik üzrə fəaliyyət göstərən Calif qrupunun mütəxəssisləri Claude Mythos adlı süni intellekt vasitəsilə macOS nüvəsində kritik zəiflik aşkar ediblər. Bildirilir ki, bu boşluq adi istifadəçi hesabından yeni M5 çipli MacBook cihazlarında “root” səviyyəsində giriş əldə etməyə imkan verir.

Mütəxəssislərin sözlərinə görə, hücum üsulu Apple-ın yaddaş təhlükəsizliyi üçün hazırladığı MIE adlı yeni qoruma mexanizmini də keçə bilir. Şirkətin bu texnologiyanın hazırlanmasına beş ildən çox vaxt sərf etdiyi qeyd olunur.

Hazırda zəiflikdən real hücumlarda istifadə edilmədiyi bildirilir. Araşdırma qrupu problemi sənədləşdirərək Apple-a təqdim edib. Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, oxşar təhlükəsizlik mexanizmləri iOS sistemində də istifadə olunduğu üçün problem qısa zamanda aradan qaldırılmalıdır.

Qeyd edək ki, Claude Mythos daha əvvəl OpenBSD əməliyyat sistemində də təhlükəli boşluq aşkarlamışdı.

© copyright 2022 | tech.az | info@tech.az