Az | EN

OpenAI Apple-a qarşı məhkəmə iddiası qaldıra bilər

Cəmil Hüseynzadə
15 May 2026 18:12
24 baxış
OpenAI Apple-a qarşı məhkəmə iddiası qaldıra bilər

Bloomberg jurnalisti Mark Qurmanın məlumatına görə, OpenAI Apple ilə bağladığı iki illik əməkdaşlıqdan gözlənilən faydanı əldə etmədiyi üçün hüquqi addımları nəzərdən keçirir.

2024-cü ildə tərəflər ChatGPT-ni Apple ekosisteminə inteqrasiya etmək barədə razılığa gəlmişdi. Məqsəd istifadəçilərə iOS daxilində daha funksional süni intellekt çat-botu təqdim etmək idi. ChatGPT həm cavablar və şəkillər yarada, həm də tətbiq daxilindən abunə satışı həyata keçirə bilirdi.

Lakin OpenAI hesab edir ki, Apple ChatGPT inteqrasiyasını kifayət qədər ön plana çıxarmayıb. Mənbələrin sözlərinə görə, istifadəçilər botdan rahat istifadə edə bilmədiyi üçün əsasən OpenAI-ın ayrıca tətbiqinə üstünlük veriblər. Bu isə şirkətin abunələrdən gözlədiyi gəliri azaltmış olub.

Bildirilir ki, OpenAI məhkəməyə müraciət etməzdən əvvəl məsələni məhkəmədənkənar şəkildə həll etməyə də cəhd edə bilər. Ancaq bunun Elon Mask ilə davam edən hüquqi prosesdən sonra baş verməsi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az