Az | EN

Instagram şərhlərində foto əlavə etmək mümkün olacaq

Cəmil Hüseynzadə
15 May 2026 16:17
48 baxış
Instagram şərhlərində foto əlavə etmək mümkün olacaq

Instagram-da paylaşımların şərhlərinə foto əlavə etmək funksiyası test edilir.

İstifadəçilərin diqqətini çəkən yeniliyə görə artıq bəzi paylaşımların altında şərh yazarkən şəkil yükləmək mümkün olub. Bununla bağlı Instagram rəsmi açıqlama verməsə də, sosial şəbəkədə funksiyanı istifadə edənlərin sayı artmağa başlayıb.

Məlumata görə, şərhə yalnız bir foto əlavə etmək olur və istəyə uyğun olaraq ona qısa mətn də yazmaq mümkündür. Göndərildikdən sonra isə yalnız mətn hissəsini redaktə etmək olur. Şəkli dəyişmək və ya ayrıca silmək mümkün deyil.

Yeni funksiya hazırda bütün istifadəçilər üçün aktiv deyil. Instagram-ın hansı hesablar üzərində test apardığı isə açıqlanmayıb.

Qeyd edək ki, oxşar funksiya artıq TikTok platformasında da mövcuddur.

© copyright 2022 | tech.az | info@tech.az