“TurkicSkills – Peşə Bacarıqları Müsabiqəsi” Türk Dövlətləri Təşkilatına üzv ölkələrin gəncləri arasında keçirilən beynəlxalq səviyyəli yarışmadır.
Müsabiqənin məqsədi gənclərin peşə və texniki bacarıqlarını nümayiş etdirmək, onları qlobal standartlara əsasən qiymətləndirmək və peşəkar inkişaflarını təşviq etməkdir.
Bu ilki yarışmada Div Academy tələbəsi Emil Hüseynov “Web texnologiyaları” kompetensiyasında göstərdiyi yüksək nəticə ilə Azərbaycanı ilk 3-lüyə çıxarmağa nail olub.
Bu uğur Azərbaycan gənclərinin beynəlxalq arenada artan texnoloji biliklərini və yerli İT akademiyaların peşəkar təhsil gücünü bir daha sübut edir.