Az | EN

Ermənilərin Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilib

Nail Valiyev
27 Noyabr 2023 15:21
778 baxış
Ermənilərin Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumlarını müəyyən edib.

Bu barədə Tech.az mediaya Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb saytlar hazırlayaraq, sosial mühəndislik yolu ilə vətəndaşları aldadaraq onlara məxsus bank kartı məlumatlarının ələ keçirilməsi və pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoda əl atırlar.

"Vətəndaşları bu cür hallara qarşı ayıq sayıq olmağa, biletləri yalnız rəsmi satış nöqtələrindən və rəsmi satış veb saytlarından əldə etməyə çağırırıq", - deyə Dövlət Xidməti bəyan edib.

© copyright 2022 | tech.az | info@tech.az