Az | EN

Figma ölmür - yeni Sİ aləti təqdim etdi

Cəmil Hüseynzadə
21 May 2026 10:14
58 baxış
Figma ölmür - yeni Sİ aləti təqdim etdi

Figma istifadəçilər üçün yeni süni intellekt agentini təqdim edib. Hazırda beta mərhələsində olan agent birbaşa Figma Design iş mühitinə inteqrasiya olunub və dizaynerlərə maketlərin hazırlanması, redaktəsi və optimallaşdırılması prosesində kömək edir. Yeni alət mətn sorğuları əsasında ekranlar və interfeyslər yarada, dizayn sisteminə uyğun dəyişikliklər edə, komponentləri yeniləyə və şəkillərin fonunu silə bilir.

Agent həmçinin dizaynları avtomatik “dark mode”a çevirə, müxtəlif ekranlarda eyni dəyişiklikləri tətbiq edə və istifadəçi rəylərini qruplaşdıraraq analiz edə bilir. Sistem hələlik yalnız ödənişli Professional, Organization və Enterprise plan istifadəçiləri üçün mərhələli şəkildə əlçatan olacaq. Şirkət gələcəkdə agentə animasiya, prototip yaratma və internetdən məlumat toplama funksiyalarının əlavə ediləcəyini açıqlayıb.

© copyright 2022 | tech.az | info@tech.az