Qlobal genişlənmə strategiyası çərçivəsində Fimple Azərbaycan bazarına daxil olduğunu elan edib. Bu addım şirkətin regionda innovativ maliyyə texnologiyaları sahəsində fəaliyyətini genişləndirmək məqsədinə xidmət edir.
Bu çərçivədə Fimple Azərbaycan əməliyyatlarını idarə etmək üçün şirkət nümayəndəsi artıq Bakıya köçüb. Yeni mərhələ həm şəxsi, həm də peşəkar baxımdan vacib bir başlanğıc kimi qiymətləndirilir.
Şirkət, maliyyə texnologiyaları sahəsində yenilikçi həllər təqdim etmək, güclü tərəfdaşlıqlar qurmaq və Azərbaycan maliyyə ekosisteminə davamlı dəyər qatmaq məqsədini qarşıya qoyub.