Az | EN

FTX kriptovalyuta birjası iflas edib

Bənövşə Kazımova
12 Noyabr 2022 13:10
448 baxış
FTX kriptovalyuta birjası iflas edib

ABŞ-da yerləşən kriptovalyuta birjası FTX likvidlik problemi ilə üzləşdiyinə görə iflas olduğunu elan edib. Bu barədə məlumat şirkətin Twitter səhifəsində bildirilib. Şirkətinin verdiyi açıqlamada qeyd olunub ki, FTX-nin təsisçisi və baş direktoru Sem Benkmen-Frid baş direktor vəzifəsindən istefa edib və onun yerini müvəqqəti olaraq Con Cey Rey tutacaq.

Sem Benkmen-Frid kriptovalyuta sahəsi üçün Vaşinqtonda qaydaların formalaşması üçün lobbiçilik fəaliyyəti göstərən güclü fiqurdur. Onun sərvəti son bir həftədə 1 milyard dollardan da aşağı səviyyəyə düşüb.

Nəzərinizə çatdıraq ki, birja problemlərlə noyabrın əvvəlində, “CoinDesk” portalının araşdırmasında birjanın ödəniş qabiliyyətli olmadığı elan edilməsindən sonra başlayıb. Bunun ardınca vəsaitlərini itirməkdən qorxan investorları kütləvi şəkildə pullarını birjadan çıxarmağa başlayıblar. Birja 8 milyard dollar borc alsa da, rəhbərlik likvidliyi qorumaq üçün vəsait tapa bilməyib. Bu hadisə 2022-ci ildə bu sahədə ən böyük iflas hesab olunur.

© copyright 2022 | tech.az | info@tech.az