Az | EN

Gmail e-poçtlara emoji ilə reaksiya vermək funksiyasını sınaqdan keçirir

Cəmil Hüseynzadə
25 Avqust 2023 16:22
166 baxış
Gmail e-poçtlara emoji ilə reaksiya vermək funksiyasını sınaqdan keçirir

Google öz xidmətlərində yenilənmələr etməyə davam edir. Son yenilənmə olduqca maraqlı və qəribə bir yenilikdir. Məlum olub ki, Google Gmail üçün emoji cavab funksiyası üzərində işləyir. 

Xüsusilə ani mesajlaşma proqramlarının həyatımıza inteqrasiyası ilə emojilər populyarlaşıb. Bu gün gələn mesaja emoji ilə cavab verməklə vaxta qənaət, emosiyalarımızı vizual olaraq da ifadə etmək üçün yaxşı alətdir. Bu funksianallıq o qədər maraqlı olub ki, Google-un belə diqqətini çəkib. 

Microsoft-un e-poçt xidməti Outlook bir müddətdir emoji ilə reaksiya vermə funksiyasına sahib idi. İstifadəçilər emojilərdən birini seçərək daxil olan e-poçta reaksiya göndərə bilirlər. Gmail-in iOS versiyasın aşkar edilən yeni xüsusiyyət Gmail-ə Outlook kimi bir təcrübənin gələcəyini göstərir.

© copyright 2022 | tech.az | info@tech.az