Az | EN

Gmail mavi işarədən istifadə etmək qərarı alıb

Nail Valiyev
04 May 2023 11:49
203 baxış
Gmail mavi işarədən istifadə etmək qərarı alıb

Google Gmail istifadəçilərinə e-poçtu göndərən şəxsin həqiqi yoxsa saxta olduğunu anlamağa kömək edəcək bir funksiya təqdim edib. Artıq təsdiqlənmiş şirkətdən e-poçt aldıqda göndərənin adının yanında mavi işarə görəcəksiniz.

Qeyd edək ki, mavi işarəyə toxunduqda və ya kursoru bu işarənin üzərinə gətdikdə istifadəçilərin qarşısında bir mesaj çıxacaq. Bu mesajda deyilir: “Bu e-məktubu göndərən profil şəklindəki loqonun sahibi olduğunu təsdiqləyib”. Sözügedən mesajda əlavə olaraq, istifadəçiləri daha çox məlumat əldə edə biləcəkləri səhifəyə yönləndirəcək bir link də olacaq.

Twitter-dən fərqli olaraq Google-un e-poçt xidmətindəki mavi işarələr brend və ya şirkətin real olub olmadığını müəyyən etməyə kömək edir.

 

© copyright 2022 | tech.az | info@tech.az