Az | EN

Google aktiv olmayan hesabları silməyə başlayır

Fidan Abbaszadə
17 May 2023 12:18
200 baxış
Google aktiv olmayan hesabları silməyə başlayır

Google istifadəçi bazasını qorumaq üçün davam edən çalışmalar çərçivəsində aktiv olmayan hesabları siləcəyini açıqlayıb. Bu ilin dekabrından başlayaraq 2 ildir istifadə olunmayan hesablar Google Workspace, YouTube və Google Photos kimi xidmətlərdə saxlanılan məzmunla birlikdə serverlərdən silinəcək.

Aktiv olmayan hesabların iki faktorlu identifikasiya kimi əsas təhlükəsizlik xüsusiyyətlərinin olmadığı və buna görə də "ən azı 10 dəfə" daha çox risk daşıdığı düşünülür. Google-un açıqlamasına görə, bu hesabların oğurlanması çox təhlükəli nəticələrə səbəb ola bilər. Bunlara  spam e-poçt mübadiləsi və zərərli məzmunun yayılması kimi müxtəlif səbəblər daxildir.

Google dekabr ayında başlanacaq təmizləmə prosesindən əvvəl müəyyən aylar ərzində bir neçə bildiriş göndərəcəyini söyləyib. Bildirilib ki, şirkət əsas diqqəti 1 dəfə daxil olduqdan sonra aktiv olmayan hesablara yönəldəcək. Bununla belə, kommersiya və ya təhsil müəssisələrinin istifadə etdiyi hesabların aktiv olmasa belə silinməyəcəyi bildirilib.Google bunun nəticəsində istifadə olunmayan hesabların səbəb ola biləcəyi təhlükəsizlik risklərini azaltmağı hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az