Az | EN

Google Cənubi Koreyada 175 milyon reklamı süni intellekt vasitəsilə silib

Cəmil Hüseynzadə
17 Aprel 2026 12:19
17 baxış
Google Cənubi Koreyada 175 milyon reklamı süni intellekt vasitəsilə silib

Google 2025-ci ildə Cənubi Koreyada qaydaları pozan 175,5 milyon reklamı silib. Şirkət bu prosesdə Gemini adlı süni intellekt modelindən istifadə edərək nəzarəti daha da gücləndirib. Bildirilib ki, qayda pozuntusu olan reklamların 99%-dən çoxu istifadəçilərə çatmadan əvvəl bloklanıb.

Eyni zamanda, Google Cənubi Koreyada 326 min reklamverən hesabını da dayandırıb. Ən çox rast gəlinən qayda pozuntusu isə müəllif hüquqlarının pozulması olub.

Qlobal miqyasda isə şirkət 2024-cü ildə 8,3 milyarddan çox reklamı bloklayıb və ya silib, həmçinin 24,9 milyon reklamverən hesabını dayandırıb.

© copyright 2022 | tech.az | info@tech.az