Az | EN

“Google Chrome”a yeni funksiya əlavə edilib

Səbinə Eyvazova
07 Sentyabr 2023 14:27
369 baxış
“Google Chrome”a yeni funksiya əlavə edilib

Amerikanın “Google” korporasiyası “Chrome” brauzeri üçün yeniləmə buraxıb. Bildirilir ki, brauzerə pleyer interfeysi olmayan videodan bir kadrı kopyalamaq funksiyası (Copy Video Frame) əlavə edilib.

Qeyd edək ki, “YouTube”da bu funksiya fərqli cür işləyir: birinci siçanın sağ düyməsini sıxırsınız və “YouTube” münyusunu görürsünüz, bundan sonra düyməni bir daha sıxmaq və “Google Chrome” menyusuna keçid etmək lazımdır. Kadr yüksək keyfiyyətdə, interfeysin elementləri olmadan kopyalanır.

Bütün üstünlüklərə baxmayaraq, yeni funksiyanın məhdudiyyətləri də vardır. Məsələn, o, “X”, “Facebook” və “Instagram” sosial şəbəkələrində işləmir.

 

©banker.az

© copyright 2022 | tech.az | info@tech.az