Google görmə qabiliyyəti zəif olan istifadəçilərin PDF sənədlərini daha yaxşı başa düşməsi üçün Chrome brauzerinə optik xarakter tanıma (OCR) texnologiyasını əlavə edəcəyini açıqlayıb. Bu oxu funksiyası xüsusi olaraq sinif mühiti üçün nəzərdə tutulmuşdur və görmə qabiliyyəti zəif olan tələbələrin skan edilmiş kurs materiallarını və ya tələb olunan tədqiqat sənədlərini oxumasını asanlaşdıracaq.
Şəkil kimi olan pdf-ləri textə çevirərək səsləndirməklə görmə qabiliyyəti zəif olan istifadəçilər PDF sənədlərini daha yaxşı başa düşə biləcəklər.
Google-un bu funksiyanı yaxın aylarda istifadəyə verəcəyi qeyd olunub.