Az | EN

Google Chromebook X-i təqdim etməyə hazırlaşır

Nail Valiyev
22 İyun 2023 17:43
197 baxış
Google Chromebook X-i təqdim etməyə hazırlaşır

Google şirkəti MacBook-lara rəqib olacaq yeni noutbuk xətti olan Chromebook X-i təqdim etməyə hazırlaşır.

Bu yeni seriya premium noutbuk kimi diqqətləri özünə çəkəcək. Chromebook X tələbələrə və ofis işçilərinə veb-əsaslı işləri daha effektiv yerinə yetirmək üçün yaradılıb.

Zaman keçdikcə, Chromebook'lar LumaFusion və Linux proqramlarını idarə etmək qabiliyyəti kimi məhsuldarlığı artıran tətbiqləri dəstəkləyərək daha da güclənib. Google daha çox yaddaş, performans və ya qrafik emal gözləyən istifadəçilər üçün "Plus" və ya "Premium" adları olan bəzi Chromebook seriyalarını təklif etsə də, Chromebook X ilə daha güclü brendləşdirməni hədəfləyir.

Aparat kimi Intel və ya AMD çipsetlərindən istifadə ediləcəyi gözlənilir və qiymətin 350 ilə 500 ABŞ dolları arasında olacağı təxmin edilir. Google-un Chromebook X modelləri üçün yeni proqram təminatı hazırlayacağı barədə də məlumatlar var. 

© copyright 2022 | tech.az | info@tech.az