Yeni model artıq həm adi istifadəçilər, həm də abunəçilər üçün əlçatandır və şirkətin bildirdiyinə görə, əvvəlki 2.5 Pro versiyasını bütün əsas göstəricilər üzrə üstələyir. Gemini 3 Pro mürəkkəb tapşırıqları daha dəqiq yerinə yetirmək üçün hazırlanıb və maraqlı yanaşma olaraq, istifadəçiyə sadəcə "eşitmək istədiyini" deyil, həqiqətən "lazım olanı" təqdim etməyə fokuslanır.
Axtarış sistemindəki "AI Mode" vasitəsilə model sorğuların incəliklərini daha yaxşı anlayır və interaktiv cavablar verir. Gemini tətbiqində isə cavablar daha yığcam və faydalı hala gəlib, "Canvas" alətində yaradılan tətbiqlərin funksionallığı artırılıb. İstifadəçilər bu imkanlardan menyudan "Thinking" rejimini seçərək yararlana bilərlər, abunəçilər üçün isə daha yüksək istifadə limitləri nəzərdə tutulub.
Şirkət həmçinin mühakimə qabiliyyəti gücləndirilmiş "Gemini 3 Deep Think" modelini də istifadəyə edib. Təqdim edilən digər yenilik – "Antigravity" platforması isə süni intellekt agentləri vasitəsilə kod yazmaq və yoxlamaq üçün inteqrasiya olunmuş mühitdir; hazırda bu platforma sınaq rejimində pulsuz istifadəyə verilib.
