Amerikada intihar hadisələrinin sayının artmasından sonra Google, "İntiharın qarşısının alınması üzrə Beynəlxalq Assosiasiya" ilə əməkdaşlıq çərçivəsində hazırlanmış yeni funksiyasını açıqlayıb. Google bu yenilik vasitəsi ilə istifadəçinin intiharla bağlı zənglər etdiyi təqdirdə əvvəlcədən hazırlanmış mesajları SMS şəklində göndərərək ona kömək üçün zəng etmək imkanı verəcək. İntihar düşüncəsi olan istifadəçilər özlərini rahatlıqla ifadə edə biləcəkləri hazır mesajlarla yaxınlarından dəstək istəyə biləcəklər.
Qeyd edək ki, hal-hazırda bu xidmət yalnız ABŞ-də keçərlidir. Amma bir müddət sonra digər ölkələrdə də aktivləşdirilməsi nəzərdə tutulub.