Az | EN

Google süni intellektlə işləyən yeni funksiyasını açıqlayıb

Fidan Abbaszadə
15 İyun 2023 11:20
202 baxış
Google süni intellektlə işləyən yeni funksiyasını açıqlayıb

Google generativ süni intellekt texnologiyasından istifadə edən yeni “virtual yoxlama” funksiyasını açıqlayıb. Şirkət müxtəlif chatbotları və təsvir yaratma vasitələrini gücləndirən generativ süni intellektdən istifadə edərək paltarların müxtəlif bədənlərə necə uyğunlaşacağını göstərəcək. Həmçinin paltarın müxtəlif pozalarda necə görünəcəyini, qatlanacağını və ya qırışlar əmələ gətirəcəyini də görmək mümkün olacaq.

Şirkət virtual geyim təcrübəsini artırmaq üçün müxtəlif paltar nümunələri, dəri tonları, bədən formaları və etnik mənsubiyyətləri bir araya gətirib. Google ilkin olaraq Anthropology, Loft, H&M və Everlane kimi məşhur brendlərin qadın geyimlərinə nəzər yetirəcək.

Süni intellekt dəstəyi kişi geyimlərində isə ilk olaraq köynəklərdə görünəcək.

Bundan əlavə, şirkət istifadəçinin internetdəki digər e-ticarət platformalarında sınadığı məhsulu skan edə biləcək. Beləliklə, başqa satıcılarda olan müxtəlif rəng, naxış və ya stillərdəki oxşar məhsulları da göstərəcək. Bu süni intellektlə işləyən görüntü uyğunlaşdırma alqoritmi istifadəçilərə müqayisə oluna biləcək məhsulları tapmağa imkan verəcək.

© copyright 2022 | tech.az | info@tech.az