Az | EN

Hindistanda 60 min nəfəri işlə təmin edəcək ölkənin ən böyük iPhone fabriki tikilir

Bənövşə Kazımova
19 Noyabr 2022 11:36
339 baxış
Hindistanda 60 min nəfəri işlə təmin edəcək ölkənin ən böyük iPhone fabriki tikilir

Hindistanda 60 mindən çox insanı işlə təmin edəcək ölkənin ən böyük iPhone fabriki qurulur. İstehsal müəssisəsi “Tata Electronics” şirkəti tərəfindən idarə olunacaq.

Bu barədə Hindistanın Telekommunikasiya və İnformasiya Texnologiyaları naziri Aşvini Vayşnav məlumat verib. Sözügedən zavod Asiyanın silikon vadisi adlanan Banqalor şəhərindən təxminən 40 km aralıda Hosurda yerləşəcək. Həmçinin yeni iPhone fabrikində 60 mindən çox insan işləyəcək.

Bundan əlavə, nazir Rançi və Hazaribaqdan olan 6000 qəbilə qadınının iPhone istehsalı üçün təlim keçdiyini bildirib. Məlumata görə, zavodda əsasən iPhone 14 istehsal olunacaq, müəssisə isə Tata Electronics tərəfindən idarə olunacaq. Qeyd edək ki, Apple hazırda Hindistanda üç Tayvanlı subpodratçıya malikdir. Foxconn Tamil Naduda, Pegatron Çennay yaxınlığında, Wistron isə Banqalorda fəaliyyət göstərir.

© copyright 2022 | tech.az | info@tech.az