Az | EN

İlk qatlanan iPhone ən çətin tapılan model olacaq

Nigar Sultanli
19 Dekabr 2025 14:00
40 baxış
İlk qatlanan iPhone ən çətin tapılan model olacaq

Şirkətin təchizat prosesini tam tənzimləmək üçün cəmi bir il vaxtı qalıb.

Apple 2026-cı ilə qədər qatlanan iPhone istehsalını planlaşdırılan səviyyəyə çatdırmaqda çətinlik çəkir. Ekspert Min-Çi Kuonun bildirdiyinə görə, şirkət Tayvandakı yeni Foxconn zavodunda sınaq mərhələsində problemlərlə üzləşib və kütləvi istehsal qrafikindən ciddi şəkildə geri qalır.

Buna baxmayaraq, J.P. Morgan analitikləri hesab edirlər ki, smartfonun qiyməti 2000 dollar olsa belə, ona tələbat çox yüksək olacaq. Proqnozlara əsasən, Apple ilk ildə 20 milyondan çox "Fold" modeli sata bilər. Çünki ABŞ-da qatlanan telefon almağı planlaşdıran istifadəçilərin təxminən yarısı məhz Apple brendinə üstünlük verir.

Kuonun fikrincə, Apple məhsulun sabit və fasiləsiz tədarükünü yalnız 2027-ci ilin əvvəlində təmin edə biləcək. Bu isə o deməkdir ki, satışa çıxarıldığı dövrdə yeni modeli əldə etmək xeyli çətinləşəcək və tarixin ən böyük iPhone çatışmazlığı yaşanacaq.

Gözləntilərə görə, Apple yeni qatlanan iPhone modelini 2026-cı ilin sentyabrında, tünd qırmızı rəngli iPhone 18 Pro və Pro Max modelləri ilə birlikdə təqdim edəcək. Cihazın Touch ID texnologiyası və maye metaldan hazırlanmış xüsusi qatlanma mexanizmi ilə təchiz olunması planlaşdırılır.

© copyright 2022 | tech.az | info@tech.az