Dünyanın ən zəngin adamı İlon Mask Twitter CEO-su Parag Agravalı açıq debata çağırıb. Bu səbəb İlon Maskın Twitter istifadəçilərinin 5%-nin bot və saxta hesab olmasını idda etməsidir. O bu iddia ilə Twitter-I almaqdan imtina edir və əksi üçün übut istəyir.
Məsələ bu ilin aprel ayından başlayıb. İlon Mask Twitter-I almaq istədiyini və qiymət təklifi açıqlamışdı. Bu təkliflə Twitter-in idarə heyəti də razılaşmışdı. Amma rəsmiləşmə dönəmində İlon Mask istifadəçilərin 5%-dən çoxunun saxta hesab və bot olduğunu iddia elədi. Bu iddia ilə o sübut istədi və əks halda Twitter-i satın almaqdan imtina edəcəyini bildirdi.