Az | EN

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edilib

Nail Valiyev
28 Noyabr 2023 17:14
1432 baxış
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edən İnarə Vəliyeva sədr vəzifəsinə təsdiqlənib. 
Bununla bağlı nazir Rəşad Nəbiyev əmr imzalayıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycanda innovasiya ekosisteminin inkişafı və güclənməsi üçün layihələr həyata keçirir. Bu layihələrin əsas məqsədi startapların inkişafıdır. 
İnarə Vəliyevanın sədr əvəzi olduğu müddət bir sıra xarici şirkətlərin ölkəyə gətirilməsi təmin edilib, yerli startapların qlobal arenada təmsil olunması həyata keçirilib. Həmçinin Agentliyin dəstəyi ilə ilk vençur fond qurulub. TikTok, KOCİA, Holberton School və s. şirkətlər Azərbaycana gətirilib.

© copyright 2022 | tech.az | info@tech.az