iPhone 15 və 15 Plus üçün yeni rəng seçimləri müəyyən edilib. Apple-ın 2023-cü ilin sentyabrında təqdim edəcəyi iPhone 15 seriyası əvvəllər düşünüldüyündən daha çox yeni rəng seçiminə sahib olacaq.
Sızıntıları ilə tanınan "ShrimpApplePro" adlı mənbə iPhone 15 və 15 Plus-ın rəng seçimlərini açıqlayıb. Əvvəlki sızmalarda yaşıl və qırmızı rənglərin yer alacağı bildirilmişdi. Son məlumatlara görə iPhone 15-də sarı və çəhrayı rəng seçimləri də olacaq.
Beləliklə, iPhone 15 rəng seçimləri belə olacaq: sarı, qırmızı, çəhrayı, yaşıl, ulduz işığı rəngi və gecə mavisi.
Yeni nəsil iPhone ailəsi Dynamic Island xüsusiyyəti ilə bir araya gətiriləcək. Bundan əlavə, iPhone 15-in batareyası 18 faiz, iPhone 15 Plus və iPhone 15 Pro-nun batareyaları isə müvafiq olaraq 14 faiz və 12 faiz daha böyük olacaq. Kamera xüsusiyyətləri arasında hər iki telefonun 48 MP əsas kamera ilə təchiz edilməsi planlaşdırılır.