Az | EN

Kanada ChatGPT ilə bağlı araşdırmaya başlayıb

Bənövşə Kazımova
06 Aprel 2023 10:25
379 baxış
Kanada ChatGPT ilə bağlı araşdırmaya başlayıb

Kanada Məxfiliyə Nəzarət İdarəsi süni intellekt robotu ChatGPT ilə bağlı araşdırmaya başladığını açıqlayıb. İdarənin verdiyi açıqlamada ABŞ-ın OpenAI şirkəti ilə bağlı istintaqın şəxsi məlumatların icazəsiz toplanması, istifadəsi və açıqlanması şikayətlərindən sonra başladığı qeyd olunub.

Həmçinin açıqlamada istintaqın təfərrüatlarının bu mərhələdə paylaşılmayacağı, istintaqın yekun hesabatının ictimaiyyətlə paylaşılacağı bildirilib.

 

Xatırladaq ki, bundan əvvəl İtaliya hakimiyyəti də ChatGPT-nin işi ilə bağlı araşdırmaya başlayıb. İtaliyanın Şəxsi Məlumatların Mühafizəsi İdarəsi çatbotun Aİ-də qüvvədə olan Ümumi Məlumatların Qorunması Qaydasına uyğun olub-olmadığını öyrənmək niyyətindədir. İstintaq ChatGPT-nin işində nasazlıq səbəbindən fəaliyyətini dayandırdığı 20 mart hadisələri ilə bağlıdır. Bu uğursuzluq istifadəçilərin şəxsi məlumatlarının sızmasına səbəb olub. İtalyan tənzimləyicisinin iddiaları arasında ChatGPT-nin istifadəçilərin yaşını yoxlamamasıdır. Bu arada İtaliya hakimiyyəti italyan istifadəçilərinin məlumatlarını emal etmək üçün ChatGPT çatbotunun istifadəsinə müvəqqəti məhdudiyyətlər qoyub.

© copyright 2022 | tech.az | info@tech.az