Az | EN

KOBİA yeni investisiya portalını işə salıb

Cəmil Hüseynzadə
28 Noyabr 2023 17:47
436 baxış
KOBİA yeni investisiya portalını işə salıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə investisiya portalı - www.invest.smb.gov.az yaradılıb. 
Portalda müxtəlif investisiya layihələri və biznes ideyalar yerləşdirilib. Biznes layihəsi olan və investor axtaran, mövcud biznesini satmaq istəyən və müxtəlif layihələrə yatırım etmək istəyən investorlar portalın imkanlarından istifadə edə bilərlər.
İnvestisiya portalında istifadəçilər miqdarı bizneslərin növünü, investisiya miqdarını seçməklə axtarış edə bilərlər. Hazırda portalda 75 layihə, 1 investor, 7 biznes satışı, 1 françayzinq təklifi var.

© copyright 2022 | tech.az | info@tech.az