Az | EN

Kolleksiyaçılar üçün yeni Apple-1 kompüteri hərraca çıxarılıb

Nail Valiyev
03 Dekabr 2022 10:38
558 baxış
Kolleksiyaçılar üçün yeni Apple-1 kompüteri hərraca çıxarılıb

Apple-1 kompüterləri Apple-ın pərəstişkarı olan kolleksiyaçılar arasında populyardır və nadirliyinə görə tez-tez yüz minlərlə dollara satılır. Bu dəfə də “RR Auction” hərrac evi Stiv Cobsun əl yazısının olduğu Apple-1 kompüterini satışa çıxarıb. Onun 375 000 dollardan çox məbləğə satılacağı gözlənilir.

Məlumdur ki, 1976-cı ildə Stiv Cobs və Stiv Vozniak tərəfindən istehsal olunan 200 Apple-1 olub və hazırda onlardan yalnız 60-70-i qalıb. Hərraca çıxarılan 78 nömrəli Apple-1 ilk dəfə 2018-ci ildə kompüter mütəxəssisi Kori Koen tərəfindən işlək vəziyyətə gətirildikdən sonra hərracda satılıb. 2018-ci ildə 375 min dollara satılan kompüterin bu dəfə daha yüksək qiymətə təklif alacağı gözlənilir. Hazırda isə ən yüksək təklif 220 000 dollardır.


Ekspertlərin fikrincə, kompüter demək olar ki, birinci günkü kimi yaxşı vəziyyətdədir. Bu Apple-1 kompüterinin ən diqqət çəkən cəhəti onun tam işlək vəziyyətdə olması ilə bağlı sənədlərdir. Stiv Cobsun əl yazısını təsdiqləyən orijinallıq göstəricisi, orijinal istifadəçi təlimatı, ASCII klaviatura, Sanyo 4205 monitor, hamısı mövcuddur.


Vurğulayaq ki, hərrac saytlarına çıxan Apple 1 kompüterlərinin hər birinin yaddaşı  fərqlidir və qiymətləri kompüterlərin vəziyyətindən  asılı olaraq 130-815 min dollar arasında dəyişir.

© copyright 2022 | tech.az | info@tech.az