Az | EN

Laboratoriyada almaz hazırlayan Appsilon startapı 12,5 milyon avro sərmayə alıb

Nail Valiyev
27 İyul 2022 13:30
424 baxış
Laboratoriyada almaz hazırlayan Appsilon startapı 12,5 milyon avro sərmayə alıb

Laboratoriyada almaz hazırlayan Türkiyə startapı Appsilon 12,5 milyon avro investisiya əldə edib. Egirişimin verdiyi məlumata görə, investisiya turuna Esas Private Equity rəhbərlik edib. Startap bu investisiyanı Ar-Ge proseslərini sürətləndirmək və istehsal gücünü artırmaq üçün istifadə edəcək.

Bununla da startapın almaz texnologiyası sahəsində dünyanın aparıcı şirkətlərindən birinə çevriləcəyi gözlənilir.

Əlavə edək ki, Hollandiya Delft və İstanbulda ofisləri olan Appsilon ümumilikdə 30 nəfərlik bir qrup tərəfindən idarə olunur. Qabaqcıl universitet və qurumlarla birgə layihələr həyata keçirən Appsilon kvant texnologiyaları, kosmik tədqiqatlar, biotexnologiya və zərgərlik kimi bir çox sahənin əhəmiyyətli almaz tədarükçüsüdür.

© copyright 2022 | tech.az | info@tech.az