Avstraliyada Lauren Klinnik və Kristina Çen tərəfindən qurulan Lumi Interactive oyun studiyası 6,75 milyon dollarlıq bir toxum sərmayəsi əldə edib. Bu investisiya turu a16z rəhbərliyi ilə keçirilib və turda 1Up Ventures, Galileo Ventures, Heracles Capital iştirak edib.
Oyun studiyası 2020-ci ildən bəri hazırladığı Kinder World oyunu ilə tanınır və oyunçulara psixi sağlamlıqlarına və rifahlarına diqqət yetirərək virtual otaq bitkilərinə qulluq etməyə imkan verir. Qadınlar tərəfindən çox axtarılan pulsuz mobil oyun beş dəqiqəlik qısa seanslardan ibarətdir.
Kinder World-də əsas şey qazanmaq və ya yarışmaq deyil. Bu oyun Lumi Interactive-in dünyanı daha yaxşı və yaşana bilən bir yerə çevirmək missiyasına uyğun olaraq hazırlanmışdır. Oyun iOS və Android-də mövcuddur.