Az | EN

Yalan xəbər ABŞ iqtisadiyyatında böhrana səbəb olub

Nigar Sultanli
08 Aprel 2025 15:53
103 baxış
Yalan xəbər ABŞ iqtisadiyyatında böhrana səbəb olub

Trampın gömrük tarifləri ilə bağlı 90 günlük fasilə verməyi nəzərdən keçirdiyi barədə saxta bir məlumat paylaşdı. Bu paylaşım qısa zamanda bazarda xaosa səbəb oldu. İnvestorlar bu xəbərə inanaraq sürətlə reaksiya verdilər və nəticədə bazarda ani yüksəliş baş verdi, lakin az sonra bu dalğalanma tərsinə döndü və qiymətlər yenidən enişə keçdi.

Walter Bloomberg hesabı rəsmi bir xəbər agentliyi deyil, lakin o, Bloomberg Terminal adlanan peşəkar maliyyə xəbərləri və məlumatlarının yayımlandığı platformadakı başlıqları tez bir zamanda paylaşması ilə tanınır. Bu terminalda xəbərlər bəzən rəsmi saytlardan daha əvvəl yayımlandığı üçün investorlar bu hesabı izləməyə meyllidirlər.

Walter Bloomberg-in paylaşdığı başlıqda deyildi: "Hassett: Tramp bütün ölkələr üçün (Çin istisna olmaqla) 90 günlük tarif fasiləsini dəyərləndirir". Lakin Ağ Ev bu xəbəri dərhal təkzib etdi və bildirdi ki, iqtisadi müşavir Kevin Hassett bu cür açıqlama verməyib. Söhbət Fox News kanalında aparıcının sualından sonra Hassettin verdiyi qeyri-müəyyən cavabdan yaranan anlaşılmazlıqdan ibarət idi. Hassett yalnız "Prezident özü qərar verəcək" deməklə kifayətlənmişdi.

Walter Bloomberg daha sonra bu xəbəri Reuters-dən götürdüyünü qeyd etdi. Reuters isə məsələnin kökündə CNBC kanalının efirdə yayımladığı təsdiqlənməmiş bir məlumat olduğunu açıqladı. CNBC isə öz növbəsində etiraf etdi ki, bazarda baş verən sürətli dəyişikliklərə görə həmin anda yoxlanılmamış məlumatı efirə verdilər, lakin qısa müddət sonra bu səhvi düzəltdilər.

Bu hadisə göstərdi ki, səhv və ya natamam məlumatların yayılması, xüsusilə də maliyyə bazarlarına təsir gücü olan platformalarda paylaşıldıqda, real iqtisadi nəticələrə yol aça bilər. Sosial media üzərindən yayılan xəbərlərin təsdiqlənmədən paylaşılması təkcə informasiya səhvi deyil, həm də bazarda milyardlarla dollarlıq dalğalanmaların yaranmasına səbəb ola bilər. Bu, həm media qurumlarının, həm də sosial media istifadəçilərinin məsuliyyətinin nə qədər böyük olduğunu bir daha ortaya qoydu.

© copyright 2022 | tech.az | info@tech.az