Az | EN

“Meta” şirkəti NFT dəstəyini sonlandırır

Bənövşə Kazımova
15 Mart 2023 10:33
225 baxış
“Meta” şirkəti NFT dəstəyini sonlandırır

“Meta”Instagram və Facebok-da NFT dəstəyini sonlandırır. Bu barədə məlumatı şirkətin ticarət və maliyyə texnologiyaları üzrə rəhbəri Stefan Kasriel “Twitter”də açıqlama verib.O, verdiyi açıqlamada “Müvəqqəti olaraq biz yaradıcıları və biznesləri dəstəkləməyin digər yollarına diqqət yetirmək üçün rəqəmsal kolleksiyalara dəstəyi (NFT) mərhələli şəkildə dayandırırıq”, – deyə qeyd edib.

Məlumat üçün bildirək ki, şirkət Instagram-da 2022-ci ilin may ayında, Facebook-da isə iyun ayında NFT sınağına başlayıb.

Həmçinin ötən ilin noyabrın əvvəlində Instagram-da seçilmiş məzmun yaradıcıları NFT yaratmaq, onları həm proqramda, həm də proqramdan kənarda izləyicilərə satmaq imkanı əldə edib.

© copyright 2022 | tech.az | info@tech.az