Microsoft 2021-ci ildə istifadəyə verilmiş Windows 10 21H2 versiyasının istifadəsinə artıq icazə verilmədiyini və istifadəçilərin 22H2 versiyasına keçməli olduğunu açıqlayıb. Dəstəyi iyunun 13-dən sonra başa çatacaq 21H2 versiyasının istifadəçiləri lazımi yeniləməni Windows Update vasitəsilə quraşdırmalı olduqları bildirilib.
Microsoft sözügedən yeniləmənin məcburi edilməsinin səbəbinin yalnız istifadəçi təhlükəsizliyi və təcrübəsi olduğunu vurğulayıb.
Qeyd edək ki, 22H1 istifadəçilərinin etməli olduğu yeniləmə bir çox cihaz üçün avtomatik quraşdırılmağa başlayıb. Microsoft xatırladıb ki, avtomatik yeniləmələrdən yararlanmaq istəyən istifadəçilər “Aktiv Saatlar” funksiyasından istifadə edə bilərlər.
Məlumat üçün bildirək ki, 22H2 versiyası Windows 10-un son əsas yeniləməsi idi. Windows 11-in tətbiqindən sonra Windows 10 versiyasının populyarlığı tədricən azalır.