Azərbaycan İnternetinin çox gözlənilən və faydalı müsabiqələrindən biri Milli İnternet Mükafatı - MilliNet 2023-cü il üçün layihələrin qəbuluna start verib.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan İnternetinin və informasiya texnologiyalarının inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqabətli mühit formalaşdırmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək verməkdən ibarətdir.
Bu il müsabiqə yenilikləri ilə fərqlənir. Belə ki, internet resursların qiymətləndirmə meyarları tamamilə yenilənib. Müsabiqəyə təqdim edilən resurslar əvvəllki üç istiqamət (dizayn, kontent və texniki) üzrə deyil, layihənin faydalılığı, əhəmiyyəti və əhatə dairəsi nəzərə alınmaqla qiymətləndiriləcək.
MilliNet 2023 müsabiqəsi 14 Nominasiya üzrə keçiriləcək.
Nominasiyalar aşağıdakı kimi təyin edilib:
- İlin rəqəmsal hökumət həlli
- İlin rəqəmsal təhsil resursu
- İlin rəqəmsal maliyyə həlli
- İlin e-ticarət həlli
- İlin rəqəmsal sosial resursu
- İlin rəqəmsal səhiyyə və sağlamlıq resursu
- İlin innovativ həlli
- İlin rəqəmsal oyunu
- İlin informasiya resursu
- İlin süni intellekt həlli
- İlin rəqəmsal mədəniyyət və turizm həlli
- İlin rəqəmsal biznes həlli
- İlin rəqəmsal marketinq həlli
Xüsusi nominasiya
- İlin rəqəmsal siması
İddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz layihələrini (saytlarını, mobil tətbiqlərini, sosial media resurslarını və s.) təqdim edə bilərlər.
Müsabiqədə qalib gələnlərə ənənəvi Milli İnternet Mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 17 noyabr tarixdə başa çatacaq. Qiymətləndirmə prosesi 15 dekabradək davam eddəcək. Yekun Təqdimat mərasiminin dekabr ayında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, MilliNet saytı tam olaraq yeniləndiyinə görə əvvəllər qeydiyyatdan keçənlərin də yenidən hesab yaratması vacibdir.
İddiaçılar 06 oktyabr tarixdən www.millinet.az saytında qeydiyyatdan keçərək öz layihələrini (saytlarını, mobil tətbiqlərini, sosial media resurslarını və s.) təqdim edə bilərlər.