Az | EN

Mobil tətbiqlərə3,8 milyard dollar xərclənib

Cəmil Hüseynzadə
19 Avqust 2024 10:52
206 baxış
Mobil tətbiqlərə3,8 milyard dollar xərclənib

2024-cü ilin birinci rübündə istifadəçilər mobil əyləncə tətbiqlərinə 3,8 milyard dollar xərcləyiblər. Bu barədə Appfigures şirkətinin hazırladığı Streaming App Report hesabatında bildirilir.

Bu məbləğin 2,1 milyard dolları striminq tətbiqlərinə, 0,9 milyard dolları isə TikTok kimi qısa video xidmətlərinə xərclənib. Göstərilən dövrdə striminq xidmətlərinə xərclər 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 383% artıb, musiqi striminq tətbiqlərinin gəliri isə 191% artıb.
Ən böyük artımı qısa video xidmətləri nümayiş etdirib və bu xidmətlərin gəliri istifadəçilərin strimerləri mükafatlandırmaq üçün sərf etdikləri vəsait sayəsində 1500% artıb.
Appfigures hesabatı yalnız mobil ödənişləri nəzərə alır və smart-TV və ya internet vasitəsilə rəsmiləşdirilən abunəliklərdən əldə edilən gəlirləri daxil etmir, bu isə xüsusilə Netflix kimi rəqəmsal mağaza komissiyalarını ödəməkdən yayınmağa çalışan xidmətlər üçün aktualdır.

© copyright 2022 | tech.az | info@tech.az