Az | EN

“NASA” “dayanıqlı” təyyarə layihələrini 11,5 milyon dollarla mükafatlandırıb

Röya Yusifbəyli
13 Noyabr 2024 20:42
97 baxış
“NASA” “dayanıqlı” təyyarə layihələrini 11,5 milyon dollarla mükafatlandırıb

Təyyarələrin gələcəyi səthi olaraq indiki ilə çox oxşar görünə bilər lakin bir qədər dərinə endikdə onların gələcəyi çox güman ki, tamamilə fərqli olacaq.“NASA” beş tədqiqata 11,5 milyon dollar dəyərində mükafat verərək bu gələcəyi yaratmağa ümid edir.

“Ətraf Mühitin Dayanıqlılığı üçün Qabaqcıl Təyyarə Konseptləri 2050” (AACES) proqramı karbon yayan hava səyahət sənayesini dayanıqlılığa doğru istiqamətləndirmək və “transformativ həllər”i müəyyən etmək üçün yaradılmış təşəbbüsdür.

Bu mükafat əlbəttə ki, işlək bir təyyarə yaratmaq üçün kifayət deyil, lakin bir neçə milyon dollar bu ideyaları real dünyada test etmək üçün yetərli vasitə ola bilər.

Mükafatlandırılan layihələrdən ikisi digərlərindən daha çox diqqət mərkəzindədir. Məsələn, “Electra” şirkəti artıq öz elektrik təyyarəsi üçün uçan prototipə sahibdir və mükafat məbləği mövcud texnologiyanın inkişafına yönəldiləcək. “JetZero” isə şəkildə gördüyünüz qeyri-adi qanad gövdəsi ilə kriogen maye hidrogen yanacaq mənbəyini birləşdirir.

Digər üç mükafatı alan layihələr isə daha ümumi formadadır. “Georgia Tech” şirkəti “ATH2ENA” proqramı üçün perspektivli görünən yeni yanacaqları, hərəkətverici sistemləri və konfiqurasiyaları yoxlayacaq. “Pratt” və “Whitney” isə yanacaq sərfiyyatını və tullantıları azaltmaq üçün hərəkət texnologiyasının "geniş dəstini" araşdıracaqlar.

“Aurora Flight Sciences”in ən geniş mandata sahib olduğu görünür. Belə ki, “Boeing”-ə məxsus şirkət texnologiyaların və təyyarə ideyalarının hərtərəfli tədqiqini həyata keçirəcək.

 

 

© copyright 2022 | tech.az | info@tech.az