“Naxtel” abunəçilərin Azercell, Bakcell və ya Nar şəbəkələrinə keçməsi üçün müraciət müddətini uzatdı. Şirkətdən verilən məlumata görə, abunəçilərin çoxsaylı istəkləri və balansda qalan vəsaitlərinin tam istifadəsinə imkan yaratmaq üçün xidmətlərin dayandırılma tarixi dəyişdirilib.
Son tarix dəyişdi
Artıq nömrə daşınması üçün son müraciət tarixi 15 gün uzadılaraq 15.12.2025-ci il olaraq təyin edilib. Abunəçilər 15.10.2025-ci il tarixindən 15.12.2025-ci il tarixinə qədər Azercell, Bakcell və Nar operatorlarının müvafiq mərkəzlərinə müraciət edərək nömrələrini istədikləri şəbəkəyə keçirə bilərlər.
Qeyd edək ki, “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi 15.12.2025-ci il tarixindən etibarən tamamilə dayandırılacaq.