Az | EN

Nubia QD-OLED panelli oyun monitorlarını təqdim edib

Nail Valiyev
10 İyul 2023 11:45
209 baxış
Nubia QD-OLED panelli oyun monitorlarını təqdim edib

Nubia Samsung-un QD-OLED panelindən istifadə edən yeni oyun monitorlarını elan edib. Şirkət 34 düym və 49 düym olmaqla iki müxtəlif ölçüdə monitorlar təqdim edir.

Nubia'nın Red Magic Realm adlandırdığı monitor seriyası oyunçuları hədəf alır və yüksək performans təklif edir. 49 düymlük model 32:9 aspekt nisbəti, 5120 x 1440 piksel təsvir ölçüsü, 240 Hz yeniləmə tezliyi, 0,03 ms cavab müddəti və 1800R əyri QD-OLED panelə malikdir. Monitor HDR10 və VESA DisplayHDR True Black 400 sertifikatlıdır və AMD FreeSync və Nvidia G-Sync ilə uyğun gəlir.

34 düymlük Red Magic Realm 3440 x 1440 piksel təsvir ölçüsünə, 175 Hz yeniləmə sürətinə və 1800R əyri QD-OLED panelinə malikdir. Digər texniki detallar və qoşulma variantları isə hələ  açıqlanmayıb. Həmçinin şirkət tərəfindən hələlik yeni oyun monitorlarının qiyməti və buraxılış tarixi ilə bağlı heç bir məlumat verməyib.

© copyright 2022 | tech.az | info@tech.az