1. InfluxData - Ötən həftə $51 mln yatırım alan startap texnologiya şirkətlərinə məlumatların idarə olunması üçün platforma təklif edir.
2. Zeitview - Zeitview müxtəlif sahələrdə olan müəssisələr üçün dronlar vasitəsilə məlumatların toplanması və idarə olunmasını təmin edir. Startap 55 mln investisiya əldə edib.
3. Garuda Therapeutics - $62 mln yatırım alan startap ağır və həyati təhlükəsi olan xəstəliklərin müalicəsi üçün hematopoetik kök hüceyrə (HSC) terapiyaları hazırlayır.
4. SALT - $64,4 mln investisiya alan SALT investorlara kriptovalyutalarını girov kimi qoya biləcəyi və blokçeynlə dəstəklənən kreditlər təklif edir.
5. Atmosphere - Televiziya yayım xidməti olan startap $65 mln yatırım əldə edib.
6. Vox Media - $100 mln yatırım alan Vox Media The Verge, Vox, SB Nation, Polygon, Eater, Curbed və digər müxtəlif sahələrdə fəaliyyət göstərən xəbər portallarına sahibdir.
7. ShiftMed - Səhiyyə işçilərinə iş tapmağa kömək edən ShiftMed ötən həftə $200 mln dollar investisiya alıb.
8. Pristine Sun - $250 mln yatırım alan və bərpa olunan enerji istehsalçısı olan Pristine təmiz enerji layihələri üzərində işləyir.