1. OXOS Medical - $23 mln investisiya alan OXOS Medical müxtəlif xəstəliklərin effektiv müalicəsi üçün rəqəmsal görüntüləmə cihazı hazırlayır.
2. Phlow - BioTech sahəsində fəaliyyət göstərən Phlow münasib qiymətə dərmanlar istehsal edir. Startap $35 mln yatırım alıb.
3. Mercy BioAnalytics - $41 mln investisiya əldə edən startap xərçəngin erkən aşkarlanması üçün müalicə üsulları üzərində işləyir.
4. Honeycomb - Honeycomb proqramçılara üzərində işlədikləri sistemləri müşahidə etməyə imkan verir. Startap ötən həftə $50 mln yatırım alıb.
5. Everstream -Müxtəlif şirkətlər üçün logistika xidmətləri göstərən startap $50 mln investisiya əldə edib.
6. Covariant - $75 mln yatırım alan Covariant süni intellektə əsaslanan robotlar üzərində çalışır.
7. Cybereason - Şirkətlərə kiberhücumların qarşısını almaq üçün platforma təklif edən startap $100 mln investisiya alıb.
8. HeartFlow - $215 mln yatırım alan HeartFlow ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi üçün terapiya üsulları təklif edir.