1. Solarea Bio - iltihabəleyhinə mikrob birləşmələri yaratmaq üçün sağlam qidalara xas olan bakteriya və göbələklərdən istifadə edən biotexnologiya startapı $15 mln yatırım alıb.
2. Cloverly - Cloverly rəqəmsal tətbiqlərə yüksək keyfiyyətli karbon kreditləri gətirməklə emissiyaları zərərsizləşdirməyi hədəfləyən təmiz texnologiya startapıdır. Startap ötən həftə $19 mln investisiya əldə edib.
3. Wellthy- Nyu-Yorkda yerləşən Wellthy ailəyə qulluq üzrə konsyerj xidməti təqdim edir və $26 mln dollarlıq maliyyə vəsaiti toplayıb.
4. Petal- İnsanlara maliyyə cəhətdən uğur qazanmağa kömək etmək üçün qurulmuş kredit kartı platforması olan bu startap $35 mln investisiya əldə edib.
5. Cullgen- $35 mln yatırım alan biotexnologiya startapı Cullgen kiçik molekullu terapevtiklər inkişaf etdirir.
6. 8fig- E-ticarət firmaları üçün maliyyələşdirmə və idarəetməyə fokuslanmış olan startap $40 mln investisiya əldə edib.
7. Amino- Şirkətlərə və onların işçilərinə ABŞ-ın mürəkkəb səhiyyə sistemində naviqasiya etməyə kömək edən, dataya əsaslanan səhiyyə ilə əlaqəli startap, Amino $80 mln yatırım alıb.
8. Uveye- $100 mln investisiya əldə edən startap avtomobil sənayesi üçün avtomatlaşdırılmış nəqliyyat vasitələrinin yoxlanılması sistemlərini inkişaf etdirir.