1. Carrum Health - Xəstələrin keyfiyyətli və daha ucuz baxım almasını təmin edən bu startap $45 mln yatırım alıb.

2. CleanJoule -Tam performanslı davamlı aviasiya yanacağı (SAF) ixtiraçısı olan CleanJoule $50 mln investisiya əldə edib.

3. Forge Nano - $50 mln investisiya alan Forge Nano material mühəndisliyini dəyişdirmək üçün Atomic Armor adlı xüsusi nano örtük texnologiyasından istifadə edən startapdır.

4. Red 6 - Hərbi təlim proqramları təqdim edən artırılmış reallıq (AR) startapı $70 mln investisiya əldə edib.

5. Measurabl - Daşınmaz əmlak sənayesindəki şirkətlərə ətraf mühitə, sosial və idarəetməyə təsirlərini ölçməyə kömək edən startap $93 mln investisiya əldə edib.

6. Eikon Therapeutics - Dərman kəşfi üçün canlı hüceyrə rezolyusiyasına malik mikroskopiya və mühəndisliyi inkişaf etdirən biofarmasötik startapı Eikon Therapeutics $106 mln yatırım alıb.

7. Lightmatter- $154 mln investisiya əldə edən startap süni intellektin davamlı inkişafı üçün fotonik prosessorlarla daha sürətli, enerjiyə qənaət edən hesablamaları gücləndirir.

8. CoreWeave - $200 mln investisiya əldə edən startap innovatorları gücləndirmək üçün hesablama xidmətləri və məhsulları təqdim edir.

