Antiterror əməliyyatları zamanı bütün sferalarda hücumlar təşkil edilib. Belə bir dövrdə kiberhücumların olması da qaçınılmazdır.
Antiterror əməliyyatları başlayandan sonra intensiv olaraq dövlət qurumlarının internet resurslarına çoxsaylı kiberhücumlar təşkil edilib.
Tech.az Media xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Texnologiyaları Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov mətbuat konfransında bildirib. O həmçinin hücumların qarşısının uğurla alındığını bildirib.
"Belə hücumların biri də ölkə Prezidentinin saytına olub. Belə ki, saniyədə 4 milyondan çox botnet sorğular, DDOS hücumlar qeydə alınıb. Eyni zamanda, saxta domenlər üzərindən də kiberhücumlar artmaqdadır. Lakin mütəxəssislərimiz bu kiberhücumların qarşısını alır. Çalışır ki, bu cür hücumlar dövlət qurumlarına zərər vurmasın. Bu istiqamətdə gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk", - deyə Tural Məmmədov əlavə edib.